Azərbaycan millisinin sabiq məşqçisi Bernard Lippert FIFA eksperti kimi Bakıya gəlir

20 Oktyabr 2026 12:28
116
Azərbaycan millisinin sabiq məşqçisi Bernard Lippert FIFA eksperti kimi Bakıya gəlir

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Bernard Lippert Bakıya gəlir.

O, Bakıda keçiriləcək U-15 dünya çempionatı ilə əlaqədar ölkəmizə səfər edəcək.

“Çərşənbə günü Bakıda olacağam. Səfərim U-15 dünya çempionatı ilə bağlıdır. Çünki mən FIFA-da ekspert kimi fəaliyyət göstərirəm”, - deyə o report.az-a açıqlamasında söyləyib.

U-15 dünya çempionatı və festivalı oktyabrın 22-30-da Hövsan Yarış Kompleksində baş tutacaq. Turnurin açılış və final görüşü Bakı Kristal Zalında keçiriləcək.

Xatırladaq ki, Bernard Lippert 2009-2014-cü illər aralığında tanınmış həmyerlisi Berti Foqtsun köməkçisi qismində milli komandamızda çalışıb. Bununla yanaşı, AFFA-nın texniki direktoru (2008-2020), U-21 yığmamızın baş məşqçisi (2009-2014) vəzifələrini tutub.

Onun son iş yeri Qana millisi olub. 2020-ci ildən 2023-cü ilin oktyabrına qədər adıçəkilən komandada texniki direktor kimi fəaliyyət göstərib.

İdman.Biz