Kalvin Filips yanvarda “Mançester Siti”nni tərk edə bilər.
İdman.biz xəbər verir ki, 27 yaşlı futbolçu “Nyukasl”ın maraq dairəsinə düşüb.
“Sağsağanlar” onu 10 aylıq diskvalifikasiya olunan Sandro Tonalinin əvəzedici kimi transfer etməyi planlayır. İngiltərə mətbuatında “Bavariya” və “Yuventus”un Filipslə maraqlandığı xəbərləri də yayılıb.
2022-ci ilin yayında “Lids”dən transfer edilən Kalvin “Mançester Siti”nin əsas heyətinə düşməkdə çətinlik çəkir. Futbolçu özü də oyun praktikasının azlığından şikayətlənib.
Qeyd edək ki, hazırki mövsümdə Filips 6 oyunda cəmi 168 dəqiqə meydanda olub.
İdman.biz