Kriştiano Ronaldonun "Əl-Nəsr"dəki gələcəyi ilə bağlı yekun qərar verilməyib.
İdman.biz xəbər verir ki, klubun idman direktoru Fernando Yerro portuqaliyalı ulduzla danışıqların davam etdiyini bildirib.
"Kriştiano ilə anışıqlar davam edir. Ümid edirəm ki, müqavilə müddətini uzada biləcəyik", - deyə ispaniyalı veteran futbolçu açıqlamasında vurğulayıb.
Qeyd edək ki, "Əl-Nəsr" Səudiyyə Ərərbistanı çempionatını 3-cü pillədə başa vuraraq, Asiya Çempionlar Liqasından kənarda qalıb. Uğursuz nəticələrdən sonra klub rəhbərliyi Ronaldo ilə əməkdaşlığa son qoymaq arzusunda olduğu xəbərləri yayılıb.
İdman.biz