İngiltərəni məğlub edən milimiz yarımfinala yüksəlib - YENİLƏNİB - FOTO/VİDEO

Xəbərlər
29 May 2025 21:30
838
İngiltərəni məğlub edən milimiz yarımfinala yüksəlib - YENİLƏNİB - FOTO/VİDEO

Minifutbol üzrə Azərbaycan millisi növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, yığmamız Bakıda keçirilən dünya çempionatının 1/4 final matçına çıxıb.

Elşad Quliyevin yetirmələri İngiltərə ilə görüşüb. Komandamız çətin qələbə qazanıb. Millimiz hesabı açsa da, fasilədən sonra ingilislər bərabərlik qolunu vurublar. Amma sona yaxın rəqibin müdafiədə anlaşılmazlığı yığmamıza 2:1 qələbə qazandırıb.

Qeyd edək ki, millimiz yarımfinalda Monteneqro ilə qarşılaşacaq. Görüş sabah baş tutacaq.

Minifutbol üzrə dünya çempionatı
1/4 final
29 may

20:30. İngiltərə - Azərbaycan - 1:2
Qollar: Bham Mussa, 35 - Təmkin Xəlilzadə, 14. Fitsgerald Sem, 48 (öz qapısına)

İdman.biz