Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı davam edir.
İdman.biz xəbər verir ki, bu gün yarımfinal mərhələsinin oyunları baş tutub.
Milli Gimnastika Arenasında ilk finalçı Azərbaycan – Monteneqro qarşılaşmasında müəyyənləşib. Futbolçularımız 2:1 hesabı ilə qalib gəliblər.
Ardınca meydana Macarıstan və Serbiya çıxıb. Oyunun əsas vaxtında hesab açılmayıb və qalib penalti seriyasında bəlli olub. Daha dəqiq zərəblər vuran Macarıstan 3:1 hesabı ilə üstün olaraq, finala yüksəlib.
Dünya çempionatı
Yarımfinal
30 may
20:00. Azərbaycan - Monteneqro - 2:1
21:30. Macarıstan - Serbiya - 0:0, p. 3:1
Qeyd edək ki, final və 3-cü yer uğrunda oyun iyunun 1-də keçiriləcək.
İdman.biz