Bakıda dünya minifutbol ailəsinə yeni ölkələr qatılıb

Xəbərlər
30 May 2025 11:40
45
Bakıda dünya minifutbol ailəsinə yeni ölkələr qatılıb

Dünya Minifutbol Federasiyası Bakıda keçirilən Baş Assambleyada yeni ölkələri öz sıralarına qəbul edib.

İdman.biz xəbər verir ki, quruma Belçika, Mərakeş, Benin, Qvineya, Uqanda və Özbəkistan qoşulub.

Əhəmiyyətli xəbərlər arasında Afrika Minifutbol Konfederasiyasının Afrika İdman Konfederasiyaları Assosiasiyası (AASC/OKSA) tərəfindən rəsmən tanınmasını qeyd etmək lazımdır ki, bunu da Afrika qitəsində minifutbolun legitimliyinin genişləndirilməsində yeni bir addım hesab etmək olar.

İdman.biz