Minifutbol üzrə Azərbaycan millisi növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, yığmamız Bakıda keçirilən dünya çempionatında yarımfinal matçına çıxıb.
Elşad Quliyevin yetirmələri Monteneqro ilə üz-üzə gəlib. Milli Gimnastika Arenasında baş tutan görüş millimizin qələbəsi ilə yekunlaşıb. 2:1 hesabı ilə qalib gələn komandamızın heyətində Ağaseyid Qasımov və Ramiz Çovdarov fərqləniblər.
Qələbə sayəsində Azərbaycan yığması dünya çempionatının ilk finalçısı olub. Millimizin rəqibi Macarıstan - Çexiya matçında müəyyənləşəcək.
Dünya çempionatı
Yarımfinal
30 may
20:00. Azərbaycan - Monteneqro - 2:1
Qollar: Ağaseyid Qasımov, 23. Ramiz Çovdarov, 44 - Nikola Radoniç, 30
Qeyd edək ki, final və 3-cü yer uğrunda oyun iyunun 1-də keçiriləcək.
İdman.biz