Qadın futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, yığmamız Millətlər Liqasında son matçına çıxıb.
C Liqasının 4-cü qrupunda yer alan millimiz Litva yığmasını qəbul edib. 1-ci yer uğrunda mübarizə aparan Siyasət Əsgərovun yetirmələri B Liqasına vəsiqə üçün qalib gəlməyə və mümkün qədər çox qol vurmağa çalışıb. Amma nəticə fəqli olub. Bayıl stadionunda təşkil olunan qarşılaşmada erkən qol burxan millimiz fasiləyə kimi 4 dəfə məyus olub. İkinci hissədə daha bir qol qonaq komanda bakıdan darmadağınla dönüb.
Qeyd edək ki, qrupun son oyunu iyunun 3-də keçiriləcək. Həmin gün Litva Monteneqronu qəbul edəcək.
Millətlər Liqası
C Liqası, IV tur
30 may
18:00. Azərbaycan – Litva - 0:5
Qollar: Rimante Yonuşayte, 3; 30. Monika Qrikşeyte, 10. Uqne Lazdauskayte, 45+1. Tereza Romanovskaya, 48
Baş hakim: Sapir Gaya Berman (İsrail)
Azərbaycan: 22. Nərgiz Əliyeva, 4. Nigar Mirzəliyeva, 23. Yeliz Acar, 3. Jalə Məhsimova, 20. Peritan Bozdağ, 5. Ayşən Əhmədova, 18. Alina Dorofeyeva, 9. Sevinc Cəfərzadə (k), 6. Esra Manya, 7. Manə Mollayeva,
14. Coşqunə Əliyeva
Ehtiyat oyunçular: 1. Aytac Şərifova, 12. Mehriban Şahməmmədova, 2. Diana Məmmədova, 8. Firəngiz Teymurova, 10. Ayşən Salamzadə, 11. Vüsalə Seyfəddinova, 13. Alina Nəhmədova, 15. Kamilla Məmmədova, 16. Xanım Əsədova, 17. Aysun Muradova, 19. Milana Rəhimova, 21. Fidan Cəfərova
Baş məşqçi: Siyasət Əsgərov
Litva: 22. Meda Şeşkute, 13. Vestina Neverdauskayte, 14. Milda Liujinayte (k), 6. Tereza Romanovskaya, 23. Loreta Roqaçyova, 4. Alqimante Mikutayte, 20. Liuciya Vaytukaytite, 5. Monika Qrikşeyte, 7. Uqne Lazdauskayte, 21. Ema Kriauçiunayte, 9. Rimante Yonuşayte.
Ehtiyat oyunçular: 12. Karolina Curukova, 8. Erika Şupelite, 10. Lolita Jijite, 11. Mariya Qalkina, 15. Justina Blayeviçiuyte, 16. Vilte Şvarceyte, 17. Auste Bernotayte, 18. Auquste Andriyevskite, 19. Qreta Valikoniene
Baş məşqçi: Tomas Rajanauskas
Bayıl stadionu
1 |
Monteneqro |
3 |
1 |
2 |
0 |
4-2 |
5 |
2 |
Azərbaycan |
4 |
1 |
2 |
0 |
3-6 |
5 |
3 |
Litva |
3 |
1 |
0 |
2 |
6-5 |
3 |
İdman.biz