Dünya çempionatı: Millimiz dünya çempionatının 1/4 finalında - YENİLƏNİB - FOTO

Xəbərlər
27 May 2025 21:43
155
Dünya çempionatı: Millimiz dünya çempionatının 1/4 finalında - YENİLƏNİB - FOTO

Minifutbol üzrə Azərbaycan millisi növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, yığmamız Bakıda keçirilən dünya çempionatının 1/8 final matçına çıxıb.

Elşad Quliyevin yetirmələri Rumıniya ilə görüşüb. Millimiz son dünya çempionunu ilə qarşılaşmada hesabda geri düşsə də, fasilədən sona bərabərlik qolunu vurub. Görüşün qalibi penaltilər seriyasında bəlli olub. Komandamız daha dəqiq olaraq, güclü rəqibi mübarizədən kənarlaşdırıb.

Dünya çempionatı
1/8 final, 27 may

20:30. Azərbaycan - Rumıniya - 1:1, p. 2:1
Qollar: Ramiz Çovdarov, 29 - Robi Mariuş, 13

Qeyd edək ki, bu cütün qalibi 1/4 finalda İngiltərə - Bolqarıstan matçına qalib gələn komanda ilə üz-üzə gələcək.

İdman.biz