Azərbaycan “Tank”ı kəmər döyüşünə çıxacaq

Xəbərlər
28 May 2025 16:00
239
Azərbaycan “Tank”ı kəmər döyüşünə çıxacaq

Azərbaycanın və ASED təşkilatının MMA döyüşçüsü Turac Əliyev növbəti sınağına çıxacaq.

İdman.biz xəbər verir ki, "Tank" ləqəbli döyüşçümüz mayın 30-da GFC liqasının turnirində qüvvəsini sınayacaq.

61 kq çəkidə çıxış edən idmançımız Gürcüstanın paytaxtı Tbilisidə kəmər uğrunda döyüşəcək. Onun rəqibi yerli Dmitri Bolkavadze olacaq.

Bu, peşəkar karyerasında 6 qələbəsi olan Turacın 8-ci döyüşüdür. Bolkavadze isə 10 sınaqdan 8-də qalib gəlib.

Qeyd edək ki, “Tank” GFC liqasında keçirdiyi 2 döyüşdə məğlubedilməz rəqibləri Nika Jakoniya (8 qələbə) və Badri Potshraşvili (6 qələbə) üzərində qələbələri sıralayıb.

İdman.biz