"Mançester Yunayted" 4 futbolçu ilə vidalaşır

Xəbərlər
23 May 2025 19:14
36
"Mançester Yunayted" 4 futbolçu ilə vidalaşır

Avropa Liqasının finalında uduzan "Mançester Yunayted" heyətində ciddi dəyişikliklər etməyi planlayır.

İdman.biz xəbər verir ki, Avropa kuboklarından kənarda qalan klub maliyyə itkilərini kompensasiya etmək istəyir.

"Qırmızı şeytanlar"ın 4 oyunçu ilə vidalaşması gündəmə gəlib. "Mançester Yunayted" Markus Reşford, Antoni, Ceydon Sanço və Alexandro Qarnaçonun satışından 150 milyon funt qazanmağı hədəfləyib.

Qeyd edək ki, "Mançester Yunayted" Avropa Liqasının finalında "Tottenhem"ə 0:1 hesabı ilə məğlub edərək, növbəti mövsümdə qitəmiqyaslı yarışlardan kənarda qalıb..

İdman.biz