Luka Modriçdən vida paylaşımı - "Santyaqo Bernabeu"da son oyunumu keçirəcəm"

Xəbərlər
22 May 2025 18:13
40
Luka Modriçdən vida paylaşımı - "Santyaqo Bernabeu"da son oyunumu keçirəcəm"

Luka Modriç mövsümün sonunda "Real"ı tərk edəcəyini açıqlayıb.

İdman.biz xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

"Əziz "Real"ın azarkeşləri, vaxt çatıb. O andır ki, bunu heç vaxt istəməmişəm, amma bu futboldur. Həyatda başlanğıc olduğu kimi son da var. Şənbə günü "Santyaqo Bernabeu"da son oyunumu keçirəcəm", - deyə Modriç paylaşımında yazıb.

Qeyd edək ki, 2012-ci ildən Madrid klubunda çıxış edən Luka 4 dəfə İspaniya çempionu, 6 dəfə Çempionlar Liqası titullarını qazanıb. Xorvatiyalı futbolçu komandada 27 titula sahib çıxıb. O, 2018-ci ildə "Qızıl top" mükafatona layiq görülüb.

İdman.biz