"Sportinq" çempion! - tarixdə 21-ci dəfə

Xəbərlər
17 May 2025 23:12
46
"Sportinq" çempion! - tarixdə 21-ci dəfə

Futbol üzrə Portuqaliya çempionatının 2024/2025 mövsümünə yekun vurulub.

İdman.biz xəbər verir ki, çempionluq taleyinə son turda aydınlıq gəlib.

Qızıl medallar uğrunda Lissabon təmsilçiləri - "Sportinq" və "Benfika" yarışıblar. Öz meydanında "Gimarayes"lə qarşılaşan "şirlər" 2:0 hesabı ilə qələbə qazanaraq "Braqa" - "Benfika" (1:1) matçının nəticəsindən asılı olmayaraq, çempion titulu qazanıblar. "Sportinq" ardıcıl ikinci, tarixində isə 21-ci dəfə Portuqaliyanın ən güclü klubu olub. Komandalar müvafiq olaraq, 82 və 80 xal toplayıblar.

"Portu" 71 xalla mövsümü 3-cü pillədə başa vurub. "Braqa" (66 xal) 4-cü, "Santa Klara" (57 xal) isə 5-ci yeri tutaraq, Avropa kuboklarında oynamaq hüququ əldə ediblər.

Qeyd edək ki, "Sportinq"in isveçıi forvardı Viktor Qyokereş 39 qollla Portuqaliya çempionatının ən sərrast futbolçusu olub.

İdman.biz