"Beşiktaş" İntizam Komitəsi klubun Direktorlar Şurasının iclasında düşən davaya hüququ qiymət verib.
İdman.biz xəbər verir ki, Direktorlar Şurasının rəhbəri Tevfik Yamantürk və keçmiş prezident Hasan Arat klubdan xaric olunub.
Keçirilən toplantıda səsvermədən sonra bu qərar çıxarılıb. İdarə Heyətinin təsdiqindən sonra onların xaric edilməsi rəsmiləşəcək.
Qeyd edək ki, Tevfik Yamantürk Hasan Arat arasında gərginlik zamanı Direktorlar Şurasının rəhbəri keçmiş prezidentə yumruqla zərbə endirmişdi.
İdman.biz