Futbol üzrə Türkiyə Super Liqasında çıxış edən “Çorum FK” baş məşqçi postu ilə bağlı seçimini edib.
İdman.Biz xəbər verir ki, klub rəhbərliyi Uğur Uçarla yollarını ayırdıqdan sonra 41 yaşlı Burak Yılmazla üç illik müqavilə üzrə razılığa gəlib. Tərəflər arasında anlaşmanın əldə olunduğu bildirilsə də, klub hələlik rəsmi açıqlama yaymayıb.
“Çorum FK” Super Liqada keçirdiyi altı oyunda iki qələbə, bir heç-heçə və üç məğlubiyyətlə yeddi xal toplayıb və 11-ci pillədə qərarlaşıb. Komanda son turda “Alanyaspor”a 1:2 hesabı ilə uduzub.
Burak Yılmaz məşqçilik karyerasına “Beşiktaş”da müvəqqəti baş məşqçi kimi başlayıb. O, daha sonra “Kayserispor”, “Kasımpaşa” və “Qaziantep FK”da çalışıb. Son iş yeri “Qaziantep FK” olan mütəxəssis “Çorum FK” ilə Super Liqaya qayıdacaq.
