Lamin Yamal "Barselona"nın heyətində 100-cü oyununu keçirib.
İdman.biz xəbər verir ki, 17 yaşlı futbolçunun yubiley matçı Çempionlar Liqasının yarımfinalında "İnter"lə görüşə təsadüf edib.
Mərhələnin 3:3 yekunlaşan ilk qarşılaşmasında Yamal komandasının vurduğu qollardan birinin müəllifi olub. Oyun başa çatdıqdan sonra "Barselona"nın futbolçuları Laminə 100 nömrəli forma hədiyyə ediblər.
Qeyd edək ki, gənc ulduz Kataloniya klubunda 2023-cü ilin aprelində debüt edib. Onun "Barselona" ilə müqaviləsi 2026-cı ilin yayında bitəcək. O, bu mövsümdə 48 görüşdə 15 qol və 24 ötürmə ilə yadda qalıb.
İdman.biz