Musa Qurbanlı və Vəli Qasımovun keçmiş komandaları finalda qarşılaşa bilərlər - VİDEO

Xəbərlər
1 May 2025 13:28
168
Musa Qurbanlı və Vəli Qasımovun keçmiş komandaları finalda qarşılaşa bilərlər - VİDEO

Çempionlar Liqasının 2 qat qalibi "Çelsi" tarixində ilk dəfə Konfrans Liqasının da qalibi olmağa yaxındır.

İdman.biz xəbər verir ki, yarımfinalda London klubunun rəqibi avrokuboklarda ilk dəfə bu mərhələyədək gəlib çıxan, 2023-2024-cü illərdə millimizin forvardı Musa Qurbanlının formasını geyindiyi İsveçin "Yurqorden" komandası olacaq.

Bu cütün aşkar favoriti bəllidir.

"Betis" və "Fiorentina"nın üz-üzə gələcəyi digər cütdə isə daha gərgin mübarizə gözlənilir.

Veteran futbolçumuz Vəli Qasımovun 1993-1995-ci illərdə çıxış etdiyi "Betis" hazırda İspaniya La Liqasında 6-cı yerdədir.

"Fiorentina" isə İtaliya A seriyasında 8-ci mövqedə qərarlaşıb.

Rəqiblər rəsmi matçlarda qarşılaşmasalar da, 2022-ci ilin yayında hazırlıq matçında "Betis"in 3:1 hesablı qələbəsi tarixin yaddaşına köçüb.

Qeyd edək ki, UEFA Konfrans Liqası yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində bu gün keçiriləcək “Yurqorden” – “Çelsi” və “Betis” – “Fiorentina” qarşılaşmaları Bakı vaxtilə 23:00-da başlayacaq.

İdman.biz