Birinci Liqada çıxış edən “Mingəçevir” futbol klubunun üzvü Seymur Məmmədov noyabr ayının ən yaxşı qolunun müəllifi kimi mükafatlandırılıb.
İdman.Biz xəbər verir ki, “Ayın qolu” layihəsi çərçivəsində təqdim olunan mükafat 12-ci turun “Mingəçevir” - “Şahdağ Qusar” qarşılaşmasından əvvəl baş tutan mərasimdə futbolçuya təqdim edilib.
Mükafatı Seymur Məmmədova Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.
