“Araz Naxçıvan”ın baxımsız vəziyyətdə olan stadionu: Sınıq oturacaqlar, məhv olmuş ot örtüyü - VİDEO

Xəbərlər
22 Dekabr 2025 15:15
77
“Araz Naxçıvan”ın baxımsız vəziyyətdə olan stadionu: Sınıq oturacaqlar, məhv olmuş ot örtüyü - VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən “Araz-Naxçıvan” klubunun Naxçıvan şəhərində yerləşən doğma meydanı hazırda baxımsız vəziyyətdədir.

İdman.Biz xəbər verir ki, bloqer Mətin Oğuz özünün “YouTube” kanalında Naxçıvanın əsas futbol arenasının son vəziyyətini təqdim edib.

Müəllif qeyd edib ki, Naxçıvan şəhər stadionuna baş çəkərək mövcud vəziyyətlə yerində tanış olmaq qərarına gəlib.

O vurğulayıb ki, bir vaxtlar minlərlə azarkeşi qəbul edən Naxçıvan stadionunun hazırkı durumu məyusluq yaradır. Tribunaların boş qalması, oturacaqların zədələnməsi və stadion ərazisindəki baxımsızlıq əlavə şərhə yer qoymur. Videoda stadionun ümumi vəziyyəti, infrastruktur problemləri işıqlandırılıb.

Müəllif qeyd edib ki, stadionun son vəziyyətini çəkib göstərməkdə məqsəd sensasiya yaratmaq yox, Naxçıvanda bir zamanlar işlək olan idman qurğusunu bugünkü vəziyyətini sənədləşdirmək və problemin həllinə nail olmaqdır.


İdman.Biz