Aprelin ən yaxşı futbolçusu bəlli olub.
İdman.biz xəbər verir ki, İFFHS ayın ən yaxşısını müəyyənləşdirib.
Bu mükafata İspaniya millisinin və “Barselona”nın vingeri Lamin Yamal layiq görülüb. Onun braziliyalı komanda yoldaşı Rafinya 2-ci olub. İlk “üçlüy”ü Fransa millisi və PSJ-nin ulduzu Usman Dembele qapayıb.
Qeyd edək ki, 2025-ci ilin əvvəlki üç ayında Məhəmməd Salah (yanvar), Kilian Mbappe (fevral) və Niko Uilyams (mart) ən yaxşı seçilib.
İdman.biz