“Sabah” Zinədini transfer edib

Xəbərlər
1 İyul 2025 20:46
46
“Sabah” Zinədini transfer edib

Avropa Liqasında çıxış edəcək “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

İdman.biz xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidmətindən açıqlama yayılıb.

Zinədin Uld Xaledlə 2 illik müqavilə imzalanıb. "Sabah"ın yeni futbolçusu dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edir.

Qeyd edək ki, 25 yaşlı Zinədin Fransanın “Anje” klubunun yetirməsidir. O, ərzində bu klubun əsas və B komandalarında çıxış edib.

İdman.biz