Londonun bir səmtindən digərinə - VİDEO

Xəbərlər
1 İyul 2025 19:16
96
Londonun bir səmtindən digərinə - VİDEO

İspaniyalı qapıçı Kepa Arrisabalaqa "Çelsi"ni tərk edib.

İdman.biz xəbər verir ki, o, Londonun digər təmsilçisi "Arsenal"a keçib.

"Topçular" bu gün 30 yaşlı qolkiperin transferini rəsmiləşdiriblər. Bunun üçün "Arsenal" 5 milyon funt təzminat ödəyib.

Qeyd edək ki, Arrisabalaqa son mövsümü icarə əsasında "Bornmut"da oynayıb. O, Premyer Liqanın 35 matçında meydana çıxıb.

İdman.biz