Formula-1: Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib - VİDEO

Xəbərlər
30 İyun 2025 15:01
94
Formula-1: Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib - VİDEO

2026-cı ildə Bakıda keçiriləcək Formula-1 üzrə Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib.

İdman.biz xəbər verir ki, bunu Formula-1-in rəsmi saytı açıqlayıb.

Buna səbəb sentyabrın 27-sinin Azərbaycanda Anım Günü kimi qeyd olunmasıdır.

Bildirilib ki, yarış Bakıda sentyabrın 24-26-da baş tutacaq.

Qeyd edək ki, daha öncə Qran-pri sentyabrın 25-də start götürüb, ayın 27-də başa çatmalı idi.

İdman.biz