Corc Rasselldən açıqlama: "Mersedes"də qalacam"

Xəbərlər
19 İyun 2025 18:57
103
Corc Rasselldən açıqlama: "Mersedes"də qalacam"

Formula-1-in britaniyalı pilot Corc Rassell "Mersedes"i tərk etmək niyyətində deyil.

İdman.biz xəbər verir ki, o, heç bir komanda ilə danışıqlar aparmadığını bildirib.

"Daha heç kimlə bu barədə müzakirələr aparmıram. Mənimlə maraqlanan komandalarla ünsiyyət zamanı səmimi olmuşam. Onlara açıq şəkildə "Mersedes"də qalmaq istədiyimi bildirişəm", - deyə Rassell müsahibəsində vurğulayıb.

Qeyd edək ki, Corc həftəsonu Kanada Qran-prisində qələbə qazanaraq, mövsümdə ilk dəfə podiumun zirvəsində yer alıb.

İdman.biz