Lando Norris Avstriya Qran Prisinin qalibi olub - VİDEO

Xəbərlər
29 İyun 2025 20:24
47
Lando Norris Avstriya Qran Prisinin qalibi olub - VİDEO

"McLaren" pilotu Lando Norris Avstriya Qran Prisinin qalibi olub.

İdman.biz xəbər verir ki, onun komanda yoldaşı Oskar Piastri ikinci, "Ferrari" komandasından Şarl Lekler isə üçüncü yeri tutublar.

Yeddiqat dünya çempionu və "Ferrari" komandasının digər pilotu Lyuis Hemilton 4-cü yeri tutub. Hazırkı və dördqat dünya çempionu "Red Bull"dan Maks Ferstappen yarışın ilk dövrəsində "Mercedes"in pilotu Andrea Kimi Antonelli ilə qəzaya uğradıqdan sonra finişə çata bilməyib.

Pilotların çempionatı 2025 (top 3):
1. Oskar Piastri ("McLaren") - 216 xal
2. Lando Norris ("McLaren") - 201
3. Maks Ferstappen ("Red Bull") - 155

Konstruktorların çempionatı 2025 (top 3):
1. "McLaren" - 417 xal
2. "Ferrari" - 210
3. "Mercedes" - 209

İdman.biz