Lando Norris Avstriya Qran-prisinə ilk pillədən start verəcək

Xəbərlər
28 İyun 2025 20:11
33
Lando Norris Avstriya Qran-prisinə ilk pillədən start verəcək

Formula-1 üzrə Avstriya Qran-prisinin təsnifat mərhələsi yekunlaşıb.

İdman.biz xəbər verir ki, "Maklaren" pilotu Lando Norris poulu qazanıb.

O, sabah keçiriləcək əsas yarışa ilk pillədən start verəcək. Növbəti yerlərdə Şarl Lekler ("Ferrari") və Oskar Piastri ("Maklaren") tutacaqlar.

Son dörd mövsümün çempionu Maks Ferstappen ("Red Bull") sıralamada 7-ci olacaq.

Qeyd edək ki, Avstriya Qran-prisi saat 17:00-da start götürəcək.

İdman.biz