Polşa klubu Toral Bayramovun transferində maraqlıdır

Xəbərlər
29 İyun 2025 14:06
142
Polşa klubu Toral Bayramovun transferində maraqlıdır

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Toral Bayramovun heyətinə qatmaq istəyən Polşa klubunun adına aydınlıq gəlib.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, "Lex" cinah müdafiəçisi ilə ciddi maraqlanır.

Hətta klubun oyunçu üçün Azərbaycan çempionuna təklif göndərəcəyi də gözlənilir. "Qarabağ" isə bu keçid alınacağı təqdirdə ən azı 1 milyon avro qazanmaq istəyir.

Qeyd edək ki, Toral Bayramov 2018-ci ildən Ağdam təmsilçisinin formasını geyinir.

İdman.biz