Lionel Messinin hazırkı və keçmiş komandalarının görüşü - PSJ 1/4 finalda - YENİLƏNİB/VİDEO

Xəbərlər
29 İyun 2025 21:53
156
Lionel Messinin hazırkı və keçmiş komandalarının görüşü - PSJ 1/4 finalda - YENİLƏNİB/VİDEO

ABŞ-də keçirilən 2025-ci il FIFA klubların dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, ən güclü səkkiz komandadan biri UEFA Çempionlar Liqasının qalibi olub.

1/8 final mərhələsi çərçivəsində Atlantada "Mercedes-Benz Stadium"da keçirilən matçda PSJ dörc cavabsız qolla "İnter Mayami"yə qalib gəlib. Portuqaliyalı yarımmüdafiəçi Joao Neveş dubl edib.

Bu oyun Lionel Messinin hazırkı ("İnter Mayami") və keçmiş (PSJ) komandalarının qarşılaşması kimi böyük maraq doğurub.

FIFA klubların dünya çempionatı
1/8 final
29 iyun
20:00. PSJ - "İnter Mayami" 4:0

İdman.biz