“Qarabağ” klubların dünya çempionatının iştirakçısı ilə qarşılaşacaq

Xəbərlər
29 İyun 2025 19:58
46
“Qarabağ” klubların dünya çempionatının iştirakçısı ilə qarşılaşacaq

“Qarabağ”ın Avstriya toplanışında keçirəcəyi növbəti oyununun tarixi və qarşılaşacağı rəqib müəyyənləşib.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu iyulun 15-də yerli "Zalsburq” klubu ilə qüvvəsini sınayacaq.

Klubların dünya çempionatının iştirakçısı ilə görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

“Qarabağ”ın yeni mövsümə hazırlıq çərçivəsində iyunun 30-da "Azersun Arena"da "Zirə" (18:00), Avstriyadakı məşq toplanışı çərçivəsində isə iyulun 7-də Ukraynanın “Metalist 1925” komandası (19:30) ilə qarşılaşacağı da bəllidir.

Qeyd edək ki, "Qarabağ" yeni mövsümə iyulun 22-də UEFA Çempionlar Liqası 2-ci seçmə mərhələsində başlayacaq.

İdman.biz

Məqalədə: