"Sumqayıt"ın prezidentindən yeni baş məşqçi açıqlaması: "Sürpriz olacaq"

Xəbərlər
29 İyun 2025 19:05
47
"Sumqayıt"ın prezidentindən yeni baş məşqçi açıqlaması: "Sürpriz olacaq"

"Sumqayıt" yeni baş məşqçisinin adını yaxın günlərdə açıqlayacaq.

İdman.biz xəbər verir ki, bu barədə Sportinfo.az-a klubun prezidenti Riad Rəfiyev bildirib.

Avropa səfərindən qayıdan klub rəhbəri komandanı əcnəbi mütəxəssisə tapşıracaqlarını açıqlayıb: "Bu vəzifəyə bir neçə namizəd var. Hamısı əcnəbi məşqçidir. Onlardan biri ilə müqavilə bağlamağa çox yaxınıq. Demək olar, sözləşmə şərtlərində razılığa gəlmişik. İyulun 2-3-də onun adını açıqlaya bilərik, indi yox. Proses uzağı gələn ayın ilk həftəsinədək çəkəcək.

Bu gün deyə bilərəm ki, yeni baş məşqçimiz kifayət qədər tanınmış biri olacaq. Sürpriz təyinat kimi qarşılanacağı qənaətindəyəm. Demirəm, bütün dünyada, amma Avropada tanınmış məşqçidir".

Qeyd edək ki, "Sumqayıt" ötən mövsümə Samir Abasovla başlamışdı. O, 2024-cü ilin oktyabrında "Neftçi"yə yollanandan sonra komanda Vaqif Cavadova tapşırılıb. 2,5 illik müqaviləyə imza atmış mütəxəssis bu ilin mayında istefaya göndərilib. "Gənclik şəhəri" təmsilçisi keçən mövsüm Premyer Liqada 8-ci yeri tutub.

İdman.biz