“Neftçi”nin xorvatiyalı futbolçusu: “Hesabı qorumaq üçün geri çəkilmədik”

28 Noyabr 2026 18:16
42
“Neftçi”nin xorvatiyalı futbolçusu: “Hesabı qorumaq üçün geri çəkilmədik”

“Bu matçda üç xal qazanmaq vacib idi. Oyun ərzində tam stabil çıxış etmədik, lakin ən əsası qələbə qazanmaq idi. Buna nail olduğumuz və liderliyimizi qoruduğumuz üçün şadam”.

Bu sözləri Misli Premyer Liqasının 13-cü turunda “Zirə” üzərində 1:0 hesablı qələbə qazanan “Neftçi”nin xorvatiyalı yarımmüdafiəçisi Viçko Şevel oyundan sonra açıqlamasında deyib.

Legionerin sözlərinə görə, komandası ikinci hissədə rəqibin təzyiqinə baxmayaraq, lazımi nəticəni əldə etməyi bacarıb.

“İkinci hissədə məqsədimiz sadəcə geri çəkilib hesabı qorumaq deyildi. Əksinə, qarşımızda hesabı bərabərləşdirmək üçün ciddi səy göstərən güclü rəqib var idi. Xoşbəxtlikdən, onlara çoxlu imkan yaratmağa icazə vermədik, “Zirə”nin yalnız bir real qol şansı oldu.

Fasilədən əvvəl turnir cədvəlinin zirvəsindəki mövqeyimizi qoruyub saxlamağımız çox vacibdir. Bununla belə, hələ qəti nəticələr çıxarmaq üçün tezdir. Qələbə qazanmağa davam etsək, mövqeyimizi qoruya biləcəyik”, - deyə o, sportal.az-a açıqlamasında bildirib.

İdman.Biz