“Ölkəmizdə minifutbol inkişaf edir. Milli komandamız son dünya və Avropa çempionudur. Belə turnirlər Azərbaycan Minifutbol Federasiyasının və bu idman növünün inkişafına da böyük təkan verir. Hər dəfə olduğu kimi yenə yarışa ciddi hazırlıq görülüb”.
İdman.Biz xəbər verir ki, bu sözləri Azərbaycan Minifutbol Federasiyasının (AMF) icraçı vitse-prezidenti Taleh Nəsibov Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında keçirilən V turnir barədə jurnalistlərə açıqlamasında deyib.
AMF rəsmisi yarışın artıq ənənəvi hal aldığını və ölkədə minifutbolun inkişafına ciddi töhfə verdiyini vurğulayıb.
Qeyd edək ki, bu gün ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında V minifutbol turnirinin açılış mərasimi keçirilib. Bakı Tennis Akademiyasında təşkil olunan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, AFFA və Azərbaycan Minifutbol Federasiyasının (AMF) rəhbərliyi, eləcə də müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Turnirdə 4 qrupda ümumilikdə 40 komanda mübarizə aparır.
Xatırladaq ki, turnirin əvvəlki qalibləri 2023-cü ildə Fövqəladə Hallar Nazirliyinin (FHN), 2024 və 2025-ci illərdə Ədliyyə Nazirliyinin, 2026-cı ildə isə SOCAR-ın komandaları olub. Beşinci minifutbol turnirinin qalibi isə 2027-ci ildə müəyyənləşəcək.
