“İmişli” iki müdafiəçi ilə razılıq əldə edib

Xəbərlər
29 İyun 2025 17:47
40
“İmişli” iki müdafiəçi ilə razılıq əldə edib

Premyer Liqaya vəsiqə qazanan “İmişli” transfer çalışmalarını davam etdrir.

İdman.biz Futbolinfo.az-a istinadən xəbər verir ki, imişlililər artıq iki oyunçu ilə ortaq məxrəcə gəlib.

“Neftçi”dən ayrılan Azər Salahlı tezliklə klubla müqavilə bağlamalıdır. Düzdür, müdafiəçinin bir neçə variantı var, lakin o, keçidinə daha çox maraq göstərən bu komandaya razılıq verib.

“İmişli”nin razılıq əldə etdiyi digər oyunçu Rüfət Əhmədovdur. “Turan Tovuz”dan ayrılmağa qərar verən cinah müdafiəçisinin məsələsi də tezliklə həll olunmalıdır.

İdman.biz