“Mercedes” komandasının pilotu Corc Rassel Kanada Qran Prisində qələbə qazanıb.
İdman.biz xəbər verir ki, Formula 1 üzrə dördqat və hazırkı dünya çempionu Maks Ferstappen ikinci, "Mercedes"in yeni pilotu italiyalı Andrea Kimi Antonelli isə üçüncü olub.
Çempionatın lideri, "McLaren" komandasının pilotu Oskar Piastri 4-cü yeri tutub. O, komanda yoldaşı Lando Norris ilə toqquşduğundan sonuncu finişə dörd dövrə qalmış yarışı tərk etməli olub.
Yeddiqat dünya çempionu, "Ferrari" komandasının pilotu Lyuis Hemilton 6-cı yeri tutub.
İdman.biz