Corc Rassell Kanada Qran-Prisində lider olacaq

Xəbərlər
15 İyun 2025 01:47
49
Corc Rassell Kanada Qran-Prisində lider olacaq

Formula-1 üzrə Kanada Qran-Prisinin təsnifat mərhələsi başa çatıb.

İdman.biz xəbər verir ki, "Mersedes" sürücüsü Corc Rassell ən yaxşı nətəcəyə imza atıb.

Britaniyalı pilot sabah təşkil olunacaq əsas yarışa ilk mövqedən start verəcək. Onu Maks Fertapppen ("Red Bull") və Oskar Piastri ("Maklaren") izləyəcəklər.

Qeyd edək ki, 9 mərhələdən sonra Piastri 186 xalla sürücülər yarışına başçılıq edir.

İdman.biz