"Qarabağ"ın yeni formalarında Azərbaycan bayrağı - FOTO/VİDEO

Xəbərlər
29 İyun 2025 20:55
255
"Qarabağ"ın yeni formalarında Azərbaycan bayrağı - FOTO/VİDEO

"Qarabağ" 2025/26-cı illər mövsümü üçün yeni formalarını təqdim edib.

İdman.biz xəbər verir ki, təqdimetmədə meydan oyunçuları Bəhlul Mustafazadə, Toral Bayramov və Kadi, həmçinin qapıçılar Şahruddin Məhəmmədəliyev və Mateuş Koxalski iştirak ediblər.

Yeni formalarla çəkilişlər Şuşada qala divarları qarşısında, İsa bulağında, Cıdır düzündə olub.

Meydan oyunçuları üçün ənənəvi ağ, qara və göy rənglərdə olan köynəklərdə öndə Azərbaycan bayrağının da yer alması diqqəti çəkir.

İdman.biz

Məqalədə: