"Sabah" Valdas Dambrauskasın rəhbərliyi ilə ilk oyununu keçirib - YENİLƏNİB/FOTO

Xəbərlər
29 İyun 2025 21:18
137
"Sabah" Valdas Dambrauskasın rəhbərliyi ilə ilk oyununu keçirib - YENİLƏNİB/FOTO

“Sabah” yeni baş məşqçisi Valdas Dambrauskasın rəhbərliyi ilə ilk oyununa çıxıb.

İdman.biz xəbər verir ki, Azərbaycan kubokunun qalibi Rumıniya çempionatını 6-cı pillədə başa vurmuş “Rapid” ilə yoxlama oyununda iki dəfə hesabda geri düşsə də, məğlubiyyətdən xilas ola bilib.

"Sabah"ın heyətində 34-cü dəqiqədə Coy-Lens Mikels və 72-ci dəqiqədə Xəyal Əliyev fərqləniblər.

Matç Avstriyadakı məşq toplanışı çərçivəsində baş tutub.

Yoxlama oyunu
29 iyun
19:30. “Sabah” (Azərbaycan) – “Rapid” (Rumıniya) 2:2
Qollar:
Koljic, 15. Hazrollaj, 61 - Mikels, 34. Əliyev, 72.

Qeyd edək ki, “Sabah” 2-ci yoxlama matçını iyulun 3-də Macarıstanın “Paksi” klubuna qarşı keçirəcək.

İdman.biz