ABŞ-də keçirilən 2025-ci il FIFA klubların dünya çempionatı davam edir.
İdman.biz xəbər verir ki, 1/8 finalın növbəti matçında "Flamenqo" və "Bavariya" komandaları qarşılaşıb.
Harri Keynin dubl etdiyi oyunda Almaniya çempionu 4:2 hesabı ilə qalib gələrək adını səkkiz ən güclü komandaların siyahısına yazdırıb.
"Bavariya" 1/4 finalda UEFA Çempionlar Liqasının qalibi PSJ ilə qarşılaşacaq.
Vaxtilə "Qarabağ"ın formasını geyinmiş Juninyo "Flamenqo"da ehtiyatda qalıb.
FIFA klubların dünya çempionatı
1/8 final
30 iyun
00:00. "Flamenqo" - "Bavariya" 2:4
İdman.biz