Lorenzo İnsinye və Federiko Bernardeski "Toronto" futbol klubunu tərk ediblər.
İdman.biz xəbər verir ki, italiyalı futbolçularla müqaviləyə xitam verilib.
Onlar 2022-ci ilin yayından Kanada təmsilçisinin formasını geyiniblər. Federikonun artıq danışıqlar apardığı klub da məlumdur. Onun karyerasını "Bolonya"da davam etdirməsi gözlənilir.
İnsinye isə 15,4 milyon maaşla ABŞ MLS Liqasında Lionel Messidən sonra ən çox qazanan futbolçu idi.
Qeyd edək ki, "Toronto" ilə 2026-cı ilə kimi müqaviləsi olan İnsinyenin bir il, Bernardeskinin isə iki il uzatma maddəsi olub.
İdman.biz