Belarus – Azərbaycan: Bu dəfə iki cavabsız qolla məğlubiyyət

Xəbərlər
1 İyul 2025 18:52
136
Belarus – Azərbaycan: Bu dəfə iki cavabsız qolla məğlubiyyət

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan milli komandası daha bir yoxlama oyunu keçirib.

İdman.biz xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv Belarus yığması ilə ikinci görüşünə çıxıb.

İlk matçda 0:3 hesabı ilə uduzan futbolçularımız bu dəfə revanş almağa çalışıblar. Amma onlar istəklərinə nail olmayıblar. Belarus komandası bu dəfə iki cavabsız qolla qalib gəlib.

Yoxlama oyunu
1 iyul
17:00. Belarus – Azərbaycan - 2:0
Qollar:
Anastasiya Linnik, 49. Anastasiya Şlapakova, 67
Baş hakim: Vera Opeykina (Rusiya)
Minsk, “Traktor” stadionu

İdman.biz