Qranit Caka: "Bakıda zəif oyuna baxmayaraq, qalib gəldik"

Xəbərlər
10 Noyabr 2023 12:36
202
Qranit Caka: "Bakıda zəif oyuna baxmayaraq, qalib gəldik"

“Biz mütləq şəkildə daha yaxşısını etməli idik. Amma zəif çıxışımıza baxmayaraq, qalib gəldik”.

İdman.bizin məlumatına görə, bunu "Bayer"in yarımmüdafiəçisi Qranit Caka komandasının Avro Liqasının IV turu çərçivəsində Bakıda "Qarabağ"la keçirdikləri oyunu (1:0) şərh edərkən deyib.

İsveçrə millisinin futbolçusu Bundesliqa liderinin “Qarabağ”la oyunu barədə kifayət qədər tənqidi fikirlər səsləndirsə də, qarşılaşmada uduzacaqlarını ağlına belə gətirmədiyini deyib.

Qeyd edək ki, “Bayer” qələbə qolunu oyunun əsas vaxtına artırılmış dəqiqələrdə penaltidən vurub.

Zəki Feyzullayev

İdman.biz