Çempionlar Liqasının finalı: Bakı Madridə uduzub

Xəbərlər
19 Mart 2025 20:12
83
Çempionlar Liqasının finalı: Bakı Madridə uduzub

Çempionlar Liqasının 2026/2027 mövsümünün final matçının keçiriləcəyi məkan bəlli olub.

İdman.biz xəbər verir ki, həlledici qarşılaşma İspaniyanın paytaxtı Madriddə keçiriləcək.

Görüş "Atletiko"nun ev oyunlarını keçirdiyi "Estadio Metropolitano"da baş tutacaq. Arenanın tamaşaçı tutumu 70.460 nəfərdir. Final matçının təşkilinə Madridlə yanaşı Azərbaycan paytaxtı Bakı da namizəd olub. Sonda UEFA İcraiyyə Komitəsi qarşı tərəfə üstünlük verilib.

Qeyd edək ki, "Estadio Metropolitano" ikinci dəfə turnirin final matçına ev sahibliyi edəcək. İlk dəfə 2018/2019 mövsümünün həlledici matçında "Liverpul" "Tottenhem" 2:0 hesabı ilə qalib gəlib.

İdman.biz