Tiaqo Silva karyerasını yekunlaşdırmaq haqqında düşünür

Xəbərlər
30 Oktyabr 2023 20:39
131
Tiaqo Silva karyerasını yekunlaşdırmaq haqqında düşünür

“Karyeramın sonu yaxınlaşır, bunu dərk etmək asan deyil”.

İdman.biz xəbər verir ki, bunu "Çelsi"nin müdafiəçisi Tiaqo Silva yaxın gələcək planlarından danışarkən deyib.

O hər an karyerasını bitirə biləcəyini deyib: “Butsları nə vaxt asmalı olduğumu düşünməliyəm. Sadəcə, "Çelsi"dəki son müqaviləmdən həzz almağa fokuslanmışam. Gələn il nə olacağını bilmirəm, amma hazırda karyeramdan çox razıyam”.

Qeyd edək ki, Silva 2020-ci ildə "Çelsi"yə keçib. Bu müddət ərzində braziliyalı müdafiəçi London klubunun heyətində 125 matçda iştirak edib. O, bu oyunlarda 5 qol vurub və 4 məhsuldar ötürmə edib.

İdman.biz