Qvardiola “Real Madrid” barədə: “Biz 14 ildir Çempionlar Liqasında oynayırıq, onlar 15 dəfə qalib olublar”

11 Mart 2026 20:17
100
Qvardiola “Real Madrid” barədə: “Biz 14 ildir Çempionlar Liqasında oynayırıq, onlar 15 dəfə qalib olublar”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 1/8 finalının ilk oyunundan əvvəl İspaniya komandası haqqında danışıb.

İdman.Biz bildirir ki, komandalar bu gün gecəyarısı qarşılaşacaqlar.

“Ən əsası inkişaf etməyimizdir. Düşünürəm ki, ilk illərdə tarixən uğur qazanan “Real Madrid”i məğlub edə biləcəyimizi düşünmürdük. Həmişə demişəm ki, 14 ildir Çempionlar Liqasında oynayırıq və bu uşaqlar yarışı 15 dəfə qazanıblar. Onların yarışda keçirdiyimiz illərdən daha çox Çempionlar Liqası titulları var. Bunu başa düşməliyik; düşünmürəm ki, əvvəlcə bunu anladıq. Biz böyüdük və nədə yaxşı olduğumuzu anlamağa çalışdıq. Bu, bizim ən böyük nailiyyətimizdir - klubda yaratdığımız şeydir", - Qvardiola TNT Sports-a bildirib.

Xatırladaq ki, “şəhərlilər” ilk dəfə Çempionlar Liqasında 2011/2012 mövsümündə iştirak edib. “Los Blancos”la cavab matçı 17 martda keçiriləcək.

İdman.Biz