Dünyanın ən bahalı 10 hücumçusunun adı açıqlanıb

Xəbərlər
22 Oktyabr 2023 16:27
243
Dünyanın ən bahalı 10 hücumçusunun adı açıqlanıb

Dünyanın ən bahalı hücumçularının siyahısı açıqlanıb.

İdman.biz xəbər verir ki, “Transfermarkt” internet portalının tərtib etdiyi cədvəldə 10 ən bahalı hücumçu yer alıb.

Siyahıda ilk 2 pillədə yer alanların transfer qiyməti 180 milyon avrodur.

Dünyanın ən bahalı 10 hücumçusu
1. Erlinq Holand (“Mançester Siti”, 180 milyon avro);
2. Kilian Mbappe (PSJ, 180 milyon avro);
3. Vinisius Junior (“Real Madrid”, 150 milyon avro);
4. Bukayo Saka (“Arsenal”, 120 milyon avro);
5. Viktor Osimhen (“Napoli”, 120 milyon avro);
6. Fil Foden (“Mançester Siti”, 110 milyon avro);
7. Harri Keyn (“Bayern Münhen”, 110 milyon avro);
8. Rodriqo (“Real Madrid”, 100 milyon avro);
9. Lautaro Martinez (“İnter”, 100 milyon avro);
10. Rafael Leau (“Milan”, 90 milyon avro);

İdman.biz