Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol komandasının hücumçusu Joao Feliks karyerasını yenidən Avropada davam etdirmək istəyir.
İdman.Biz xəbər verir ki, portuqaliyalı futbolçunun əsas istəklərindən biri İspaniyanın “Barselona” klubuna qayıtmaqdır.
Fabrizio Romanonun məlumatına görə, Feliks Kataloniya təmsilçisinə keçməyə müsbət yanaşır. Lakin hazırda futbolçu ilə “Barselona” arasında transferlə bağlı danışıqlar aparılmır.
Əgər “Barselona” yaxın zamanda konkret addım atmasa, 26 yaşlı hücumçu Avropaya qayıtmaq üçün digər variantları nəzərdən keçirəcək.
Feliks 2023/24 mövsümündə icarə əsasında “Barselona”da çıxış edib. O, həmin dövrdə Kataloniya klubunun heyətində 44 rəsmi oyunda 10 qol vurub və altı məhsuldar ötürmə edib.
