Levandovski ABŞ-yə qayıdır: “Çikaqo Fayr”dan rəsmi açıqlama

4 Oktyabr 2026 10:59
69
Levandovski ABŞ-yə qayıdır: “Çikaqo Fayr”dan rəsmi açıqlama

ABŞ-nin “Çikaqo Fayr” futbol komandasının hücumçusu Robert Levandovski Polşa millisindən vaxtından əvvəl klubuna qayıda bilər.

İdman.Biz xəbər verir ki, buna 38 yaşlı futbolçunun Millətlər Liqasında Rumıniya ilə qarşılaşmada sarı vərəqə alması səbəb olub.

Bu, Levandovskinin turnirdə ikinci sarı vərəqəsi olduğundan o, Polşa millisinin Bosniya və Herseqovinaya qarşı səfər oyununda iştirak edə bilməyəcək.

“Çikaqo Fayr” sosial şəbəkədə hücumçunun geri dönüşünə işarə edən paylaşım edib:

“Çərşənbə axşamı görüşərik, Levi”.

ABŞ klubu növbəti matçında “Vankuver Uaytkaps”la qarşılaşacaq.

Polşalı hücumçu son MLS görüşündə milli komandanın düşərgəsində olduğu üçün “Çikaqo Fayr”a kömək edə bilməyib. Onun yoxluğunda komanda “Şarlott”u 1:0 hesabı ilə məğlub edib.

İdman.Biz