“Real” 16 yaşlı türklə maraqlanır

Xəbərlər
16 Oktyabr 2023 18:37
220
“Real” 16 yaşlı türklə maraqlanır

Madrid “Real”ı “Fənərbaxça”nın daha bir oyunçusunu heyətinə qatmaq istəyir.

İdman.biz xəbər verir ki, kral klubu Türkiyə klubunun 16 yaşlı futbolçusu Yasir Boza elçi düşüb.

“Fənərbaxça”nın 19 yaşadək komandasında çıxış edən Yasinlə yalnız “Real” maraqlanmır. İngiltərə klubu “Brayton” da istedadlı yeniyetməni heyətinə cəlb etmək istəyir.

Qeyd edək ki, Yasir Bozun “Fənərbaxça” ilə 2026-cı ilə qədər müqaviləsi var.

İdman.biz