“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:29
99
“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

“Barselona” İspaniya La Liqasının 2026/2027 mövsümündə keçirdiyi ilk doqquz oyunun hamısında qalib gələrək “Real Madrid”in rekordunu təkrarlayıb.

İdman.Biz xəbər verir ki, Kataloniya təmsilçisi oktyabrın 17-də doqquzuncu tur çərçivəsində “Betis”i 5:2 hesabı ilə məğlub edib.

Beləliklə, “Barselona” mümkün 27 xaldan 27-ni toplayıb. Komanda doqquz qarşılaşmada rəqib qapılarına 39 qol vurub.

“Real Madrid” analoji nəticəyə 1968/1969 mövsümündə imza atıb. Madrid klubu həmin vaxt La Liqanın ilk doqquz turunda qələbə qazanaraq 21 qol vurmuşdu.

Hazırda “Barselona” 27 xalla turnir cədvəlinə başçılıq edir. Kataloniyalılar növbəti turda, oktyabrın 25-də “Real Madrid”i qəbul edəcəklər.

“Real Madrid” isə bir oyun az keçirməklə 18 xalla dördüncü pillədə qərarlaşıb.

İdman.Biz