"Suindon Taun"a ruhlar mane olur - Baş məşqçinin həyat yoldaşı üzr istəyəcək

Xəbərlər
18 Noyabr 2024 18:20
54
"Suindon Taun"a ruhlar mane olur - Baş məşqçinin həyat yoldaşı üzr istəyəcək

İngiltərənin "Suindon Taun" klubunun baş məşqçisi İan Hollouey uğursuz nəticələrin səbəbini tapıb.

İdman.biz xəbər verir ki, o, ruhların komandanın çıxışına mane olduğunu deyib.

61 yaşlı mütəxəssis klubun məşq bazasının məzarlığa yaxın yerləşməsini bəhanə edib. O bildirib ki, vəziyyətdən çıxmaq üçün həyat yoldaşından ruhlardan üzr istəməsini xahiş edəcək: "Həyat yoldaşımdan xahiş edəcəm ki, məzarlıqda yatan insanlardan üzr istəsin. Ola bilsin, bundan sonra uğurlu nitəcələr qazanaq".

Qeyd edək ki, "Suindon Taun" İngiltərə 2-ci Liqasında 16 oyundan sonra 13 xalla 22-ci pillədə qərarlaşıb. Komanda son 5 oyunda 3 dəfə uduzub, 2 dəfə heç-heçə oynayıb.

İdman.biz